f199308b-3dae-44c6-9e97-44d47c48c9a5..jpg

Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verdi

Baxış sayı: 565 dəfə baxılıb.

Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov
Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerə başsağlığı ünvanlayıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, başsağlığında deyilir:

“Cari ilin 12 yanvar tarixində, “Pençe-Kilit” antiterror əməliyyatı bölgəsində
terror təşkilatı üzvlərinin xaincəsinə hücumu nəticəsində Türkiyə Silahlı
Qüvvələrinin hərbi qulluqçularının şəhid olması və yaralanması barədə xəbər
məni hədsiz kədərləndirdi.

Sizin kədəriniz bizim də kədərimizdir.

Biz terrorun bütün növ təzahürlərini qətiyyətlə qınayırıq.

Terrora qarşı aparılan kəskin mübarizədə daima qardaş Türkiyə Silahlı
Qüvvələrinin yanındayıq və dəstəkləyirik.

Bu hadisə zamanı şəhid olmuş qəhrəman türkiyəli əsgərlərə rəhmət diləyir,
onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı
verirəm. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm.

Allah rəhmət eləsin”.

Source link