Azərbaycan Müdafiə naziri Türkiyəyə səfər edəcək.
Müdafiə Nazirliyindən ÇıxışYolu.Com-a verilən məlumata görə, Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi geniş tərkibdə nümayəndə heyəti Türkiyə Respublikasında keçirilən “Efes-2018” beynəlxalq təlimlərin yekun mərhələsi zamanı təşkil ediləcək Yüksək Səviyyəli Qonaqlar günündə iştirak etmək üçün mayın 9-da İzmir şəhərinə yola düşəcək.
Aprelin 11-də başlayan “Efes-2018” beynəlxalq təlimlərində Azərbaycan Ordusunun 100-dən artıq hərbi qulluqçusu iştirak edir.