57aff868-651e-4ed2-b6ec-c488a277006d..jpg

Zakir Həsənov xüsusi təyinatlılara “hər an hazır olun” göstərişini verdi – FOTO/VİDEO

Baxış sayı: 6. 946 dəfə baxılıb.

Zakir Həsənov xüsusi təyinatlılara “hər an hazır olun” göstərişini verdi –
FOTO/VİDEO

Yanvarın 4-də müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin
digər rəhbər heyəti Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində olublar.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Əvvəlcə Ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisindəki büstü və
şəhidlərimizin xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri qoyulub.

Müdafiə naziri hərbi hissənin ərazisində tikintisi davam edən bir neçə hərbi
obyektə baxış keçirib.

Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyev hərbi
hissədə aparılan işlər barədə müdafiə nazirinə məruzə edib.

Müdafiə naziri inşaat işlərinin keyfiyyətli aparılması və vaxtında başa
çatdırılması ilə əlaqədar müvafiq tapşırıqlar verib.

Sonra general-polkovnik Z.Həsənov şəxsi heyətlə görüşərək xüsusi
təyinatlıların Vətən müharibəsində göstərdiyi şücaət və qəhrəmanlıqların ölkə
başçısı tərəfindən yüksək qiymətləndirildiyini bildirib.

Nazir, həmçinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali
Baş Komandanı İlham Əliyevin istənilən əmrinin icrasına hər an hazır olmaları
barədə müvafiq göstərişlər verib.

Sonda müdafiə naziri xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli
hədiyyələr təqdim edib və onlara gələcək xidmətlərində uğurlar arzulayıb.


Source link