62cb2fcd-93e8-4486-9e41-5e18c39e3783..jpg

Zakir Həsənov yeni istifadəyə verilmiş hərbi hissədə yaradılan şəraitlə tanış olub – FOTO/VİDEO

Baxış sayı: 668 dəfə baxılıb.

Zakir Həsənov yeni istifadəyə verilmiş hərbi hissədə yaradılan şəraitlə tanış
olub – FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyevin göstərişinə əsasən işğaldan azad edilmiş ərazilərdə inşa edilən
növbəti hərbi obyekt istifadəyə verilib.

Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Azad edilmiş ərazilərə səfər edən müdafiə naziri general-polkovnik Zakir
Həsənov və nazirliyin digər rəhbər heyəti yeni istifadəyə verilən hərbi hissəyə
baxış keçirib, burada yaradılan şəraitlə tanış olub.

Müdafiə nazirinə məruzə edilib ki, şəxsi heyətin xidməti-döyüş fəaliyyətinin
yüksək səviyyədə təşkili üçün burada qərargah binası, yataqxana, xidməti
otaqlar, tibb məntəqəsi və digər infrastruktur obyektləri tikilib, müasir
avadanlıqlarla təchiz olunub.

Bildirilib ki, döyüş əməliyyatları zamanı bölmələrin operativ idarə olunması,
eləcə də digər qoşun növləri ilə qarşılıqlı əlaqənin təmin edilməsi üçün yeni
qərargahda müasir kommunikasiya və informasiya vasitələri ilə təchiz olunmuş
rabitə qovşağı və server otağı mövcuddur.

Yaradılan şəraitlə tanış olan müdafiə naziri qərargah zabitlərinin və komandir
heyətinin fərdi bacarıqlarının, eləcə də bölmələri idarəetmə qabiliyyətinin
daha da artırılması istiqamətində müvafiq tədbirlərin görülməsi barədə
göstərişlər verib.


Source link