714f4841-7d20-44b3-b150-010ceb0ba0e1..jpg

Zakir Nuriyev: “Bütün banklar sığorta agenti lisenziyasına sahib olacaqlar”

Baxış sayı: 573 dəfə baxılıb.

Zakir Nuriyev: “Bütün banklar sığorta agenti lisenziyasına sahib olacaqlar”

“Azərbaycandakı bütün kommersiya bankları qarşıdakı dövrdə Mərkəzi Banka
müraciət edəcək və zəruri prosedurdan keçdikdən sonra sığorta agenti
lisenziyasına sahib olacaqlar”.

“Report” xəbər verir ki, bunu “Azərbaycan Banklar Assosiasiyası” İctimai
Birliyinin sədri Zakir Nuriyev bildirib.

“Bankların qanunvericiliklə sığorta agenti olmaq hüququ var. Bu hüququ əldə
etmək üçün müvafiq lisenziya alınır. Hazırda 16 bankın belə lisenziyası var.
Hesab edirəm ki, bu məsələ bütün bankları əhatə edəcək”, – deyə o qeyd edib.

“Hədəfimiz həm də odur ki, hər bir bankda azı üç sığorta şirkəti xidmət
göstərsin, vətəndaş istədiyi şirkəti seçə bilsin”, – deyə sədr əlavə edib.

Source link