Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Çıxıb nəsə deyən kimi qalmaqal olur. Yaxşısı budur ki, danışmayım. Efirdən
bir insana söz demək, onu acılamaq onun ailəsinə, valideynlərinə, sevdiyi
insana, qardaş, bacısına və sevənlərinə söz atmaq deməkdir”.
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Zamiq Hüseynov qonaq olduğu
verilişlərin birində deyib. Sənətçi ad çəkmədən efirdə onun haqqında
danışılmasına reaksiya verib:
“Hərdən aparıcılardan da inciyirəm. Bir ifaçıya söz deyəndə onu başa salıb,
sonra demək lazımdır. Baxıram, ürəyim qırılır. Danışan və ya kiməsə söz deyən
və ya nəyəsə görə zəng edən insan deyiləm. Kim məndən narahatdırsa, gəlsin
dursun qabağımda və sözünü desin. Şəxsən mən heç kimdən narahat deyiləm.
Kiminsə də sözü məni narahat etmir.
Mənə sosial şəbəkədə kiminsə haqqında nəsə danışmaq yaraşmaz. Və ya mənə əli
çatmayan bir insan barəsində efirdə çıxıb nələrsə danışım – buna mənim ailə
tərbiyəm imkan vermir”.
Qeyd edək ki, bir müddət əvvəl Kərim Abbasov qonaq olduğu verilişlərdə Zamiq
barəsində qalmaqallı sözlər demişdi.