f165e763-8277-4b69-89b3-07a3bb48a667..jpg

Zamiq Hüseynov ödəniş edib aldığı mahnını Xalq artistinin ifasında eşidib: “Zəng gəldi ki…” – VİDEO

Baxış sayı: 559 dəfə baxılıb.

Zamiq Hüseynov ödəniş edib aldığı mahnını Xalq artistinin ifasında eşidib:
“Zəng gəldi ki…” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Zamiq Hüseynov Xalq artisti Briliant Dadaşova ilə ikisinə eyni
mahnının təqdim olunmağından danışıb.

Cixisyolu.com xəbər verir ki, ifaçı ödəniş edib aldığı mahnını Dadaşovanın ifasında
eşidib və müəlliflərə müraciət edib. Bu barədə o, “Xəbər ətər” verilişində söz
açıb.

“Bir mahnı var idi, mənə göndərdilər. Müəllifi YAP10 (red. Zamiq Əliyev) idi.
Pulunu verib alıram, göndərirəm aranjimana. Həmin vaxtda köməkçim Fuad zəng
edib deyir ki, sən o mahnımı dəqiq almısan? Dedim artıq aranjimanın da pulunu
vermişik. Dedi ki, Brilliant xanım radioda bu mahnını oxuyur. Yığdım dedim ki,
ayıbdır, niyə 2 dəfə satırsınız? Məlum oldu ki, Brilliant xanıma göndəriblər,
üstündən zaman keçir, baxırlar ki, xəbər çıxmayıb, mənə də göndəriblər. O
ərəfədə də Brilliant xanım deməmiş mahnını oxuyub. Dedilər, bunu mediaya
çıxardaq. Dedim, onu elə bir sənətkar oxuyub ki, o mənim hansısa mahnımı da
oxusa, səsimi çıxarmaram. Bu mahnı mənim mahnım deyil, bu mahnı Brilliant
xanımın mahnısıdır. Dedim pulu qaytarın. Sonra onun əvəzinə başqa mahnı
göndərdilər”, – deyə o bildirib.

Qeyd edək ki, Hüseynov sözügedən nəğmənin adını gizli saxlayıb.

Daha ətraflı videoda:


Source link