Zamiq yarım milyona avtomobil alıb? – FOTO

Zamiq yarım milyona avtomobil alıb? – FOTO

Baxış sayı: 3. 739 dəfə baxılıb.

Tanınmış müğənni Zamiq Hüseynov yeni avtomobillə görüntülənib.

ÇıxışYolu.Com xəbər verir ki, ifaçının görüntüləndiyi maşın “Mercedes”in “S Class 600” modelinin “Maybach” versiyasıdır.

Ölkəmizdə az adamın istifadə etdiyi bu avtomobilin qiyməti isə təxminən 500 min manatdır.

Avtomobilin “10 PB 002” seriyalı nömrəsi də diqqət çəkib.

Məsələ ilə bağlı saytımıza danışan Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, bu seriya hüquqi şəxslərə aid olan nəqliyyat vasitələrinə verilir:

“PB seriyalı nömrələr hüquqi şəxslərə məxsus olan nəqliyyat vasitələrinə verilir. Həmin nömrə lizinq də, hər hansı şirkətə də məxsus ola bilər. Nömrənin kimə aid olduğu barədə isə məlumat verə bilmərik”.

Bu məqamda qeyd edək ki, sözügedən nömrə illər öncə Əməkdar artist Ədalət Şükürovun “Mercedes” markalı maşınında olub. Zamiqin görüntüləndiyi avtomobilin də ona aid olduğu iddia edilir.

Qeyd edək ki, Zamiq bir neçə ildir “Jeep”in  “Wrangler Rubicon” modelindən istifadə edir.

.
www.ÇıxışYolu.Com