Zaqatala sakini marixuana satarkən tutulub

Zaqatala sakini marixuana satarkən tutulub

Baxış sayı: 3. 116 dəfə baxılıb.

Zaqatala sakini marixuana satarkən tutulub

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə mübarizə tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan ÇıxışYolu.Com-a verilən məlumata görə, Zaqatala rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Dağlı kənd sakini, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə əvvəllər dəfələrlə məhkum olunmuş Elxan Yusifov saxlanılıb.

Belə ki, o, bir kiloqram 815 qram narkotik vasitə olan qurudulmuş marixuananı satarkən yaxalanıb.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

www.ÇıxışYolu.Com