8e2f93a9-75e3-455a-a3c1-ef6531b5623a..jpg

Zaqatala sakininin yaşadığı evdən heroin və tiryək aşkarlanıb – FOTO/VİDEO

Baxış sayı: 822 dəfə baxılıb.

Zaqatala sakininin yaşadığı evdən heroin və tiryək aşkarlanıb – FOTO/VİDEO

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində
narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkar
edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu
məlumat yayıb.

Bildirilib ki, keçirilən tədbir zamanı şəhər sakini, əvvəllər məhkum olunmuş
Zeynal Barabaşov şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı ünvana baxış
keçirilərkən 90 qrama yaxın heroin və külli miqdarda tiryək aşkar edilib.
Saxlanılan şəxs ifadəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul
olduğunu etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb, Z.Barabaşovun digər hüquqazidd əməllərdə
iştirakının olub-olmaması araşdırılır.


Source link