2d5c0379-3a1d-4d60-908f-6299fcee04f9..jpg

Zaqatala xəstəxanasında qanunsuzluqlarla bağlı cinayət işi başlanıb

Baxış sayı: 474 dəfə baxılıb.

Zaqatala xəstəxanasında qanunsuzluqlarla bağlı cinayət işi başlanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Zaqatala Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də baş verən qanunsuzluqlar barədə
daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma
aparılıb.

Bu barədə Zaqatala Rayon Prokurorluğundan məlumat verilib.

Araşdırma zamanı qeyd olunan tibb müəssisəsinin 01.06.2021-ci il tarixdən
01.06.2023-cü il tarixədək maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılarkən publik
hüquqi şəxsin vəzifəli şəxs(lər)i tərəfindən əsassız olaraq əmək haqqı
ödənilməsi və digər yollarla xeyli miqdarda dövlət əmlakının mənimsənilməsi və
israf edilməsinə əsaslı şübhələr müəyyən olunub.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü
(qulluq mövqeyindən istifadə edilməklə və xeyli miqdarda ziyan vurmaqla
mənimsəmə və israf etmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq
aparılır.

Source link