a42d0f20-768a-452b-8751-16a1f427e0c7..jpg

Zaqatalada avtoqəza zamanı ölən və yaralanan məktəblilərin adları AÇIQLANDI – YENİLƏNİB

Baxış sayı: 491 dəfə baxılıb.

Zaqatalada avtoqəza zamanı ölən və yaralanan məktəblilərin adları AÇIQLANDI –
YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fevralın 8-də Zaqatala rayonu Göyəm kənd tam orta məktəbinin 5-ci sinif
şagirdləri olan İbrahimzadə İbrahim Əziz oğlu, İsayev Ramazan Babək oğlu və
Permadov Kamal Elçin oğlunu dərs məşğələləri qurtardıqdan sonra evə qayıdarkən
yolda avtomobil vurub.

Bu barədə Cixisyolu.com-a Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, məktəblilərdən ikisi – Ramazan Babək oğlu İsayev və Kamal Elçin
oğlu Permadov elə hadisə yerindəcə dünyasını dəyişiblər. İbrahim Əziz oğlu
İbrahimzadə isə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə
yerləşdirilib və vəziyyəti ağır olaraq qalır.

15:31

Zaqatalada iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı
cinayət işi başlanılıb

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, fevralın 8-i
saat 13 radələrində Zaqatala rayonunun Göyəm kəndi ərazisində Emin İbrahimov
idarə etdiyi “Mercedes-Benz” markalı avtomobil ilə piyadalar, 2013-cü il
təvəllüdlü üç azyaşlını vurub. Onlardan ikisi vəfat edib, digəri isə
xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb.

14:42

Zaqatalada üç məktəblini maşın vurub.

Lent.az xəbər verir ki, hadisə rayonun Göyəm kəndində qeydə alınıb.

Dərsdən çıxıb evə gedən üç məktəblini “Mercedes-Benz” markalı maşın vurub.

İlkin məlumata görə, nəticədə məktəblilərdən ikisi ölüb, birinin vəziyyəti
ağırdır.

Hazırda hadisə yerində araşdırma aparılır.

Source link