bb9e3805-cfe1-49a9-a4ef-9e127e876577..jpg

Zaqatalada dəhşətli qəza: Ölənlərin kimliyi bəlli oldu – YENİLƏNİB + FOTO/VİDEO

Baxış sayı: 495 dəfə baxılıb.

Zaqatalada dəhşətli qəza: Ölənlərin kimliyi bəlli oldu – YENİLƏNİB + FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Zaqatalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Cixisyolu.com-a
bildirilib ki, mayın 13-də saat 17 radələrində Zaqatala rayonunun Yuxarı Tala
kəndi ərazisində VAZ-21013 markalı avtomobilin sürücüsü, 1981-ci il təvəllüdlü
Zaur Heydərovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi
yolayrıcında dayanan “Chevrolet” markalı avtomobilə çırpılıb.

Nəticədə sürücü və sərnişini, 1993-cü il təvəllüdlü Samir Həsənov xəstəxanada
ölüb, digər sərnişin Ramil Əliyev isə xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb.

18:48

Zaqatalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Cixisyolu.com xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunda,
Yuxarı Tala kəndi ərazisində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində iki nəfərin öldüyü, xəsarət alanların
olduğu bildirilir.

Source link