36fbf6eb-1b6d-49b8-b0ad-b9c4e773ba13..jpg

Zaqatalada evin zirzəmisindən qədim və nəhəng küplər tapıldı – FOTO

Baxış sayı: 505 dəfə baxılıb.

Zaqatalada evin zirzəmisindən qədim və nəhəng küplər tapıldı – FOTO

Zaqatala şəhəri, İmam Şamil küçəsində yerləşən evlərdən birinin zirzəmisində
nəhəng küplər tapılıb.

Yerli sakinlərin Lent.az-a verdiyi məlumata görə, Aqşin Osmanov köhnə evini
sökərkən zirzəmidə qədim və nəhəng küplər aşkar edib.

Küplər çox nəhəng olduğu üçün qaldırıcı kranla belə onları çıxarmaq mümkün
olmayıb. Bu zaman küplərdən biri qırılıb. Digəri isə salamatdır.

Küplərin nə zaman və hansı məqsədlə ora basdırıldığı məlum deyil.

Source link