3fbb43cf-b3d0-4fb3-a804-9f07ebe1dab2..jpg

Zaqatalada həmkəndlisinə 13 bıçaq zərbəsi endirən şəxs saxlanıldı – YENİLƏNİB

Baxış sayı: 305 dəfə baxılıb.

Zaqatalada həmkəndlisinə 13 bıçaq zərbəsi endirən şəxs saxlanıldı – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Zaqatalada həmkəndlisini bıçaqlayan şəxs saxlanılıb.

Bu barədə “Report”un Şimal-qərb bürosuna DİN-in Mətbuat Xidmətinin Şəki
regional qrupundan məlumat verilib.

Bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş
Tural Bayramov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

09:24

Zaqatalada həmkəndlilər arasında düşən dava bıçaqlanma ilə nəticələnib.

“Report”un məlumatına görə, hadisə rayonun Qandax kəndində baş verib.

Belə ki, kənd ərazisində çayxana işlədən 1991-ci il təvəllüdlü Nurlan Zəkər
oğlu Muradovla çayxanaya müştəri kimi gələn həmkəndlisi Tural adlı şəxs
arasında mübahisə yaranıb.

Nəticədə Tural Nurlan Muradovu bıçaqlayıb.

Yaralı Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Müayinədən sonra N. Muradovun bədənində 13 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası
aşkar edilib. O, təcili olaraq cərrahi əməliyyata alınıb.

Faktla bağlı araşdırma aparılır.

Source link