85918a84-1f00-4f20-8b09-214812e5829e..jpg

Zaqatalada iki maşın toqquşub, xəsarət alanlar var

Baxış sayı: 505 dəfə baxılıb.

Zaqatalada iki maşın toqquşub, xəsarət alanlar var

Zaqatalada iki minik avtomobili toqquşub, xəsarət alanlar var.

APA-nın məlumatına görə, hadisə axşam saat 17:30-da rayonun Aşağı Tala kəndi
ərazisində, Zaqatala-Aşağı Tala avtomobil yolunda baş verib.

Taksi fəaliyyəti göstərən “VAZ 21011” markalı, 55 BN 267 dövlət nömrə nişanlı
və “Mercedes” markalı, 99 GL 668 dövlət nömrə nişanlı iki minik avtomobili
toqquşub. Qəza zamanı xəsarət alan üç nəfər Zaqatala şəhər sakini – 1993-cü il
təvəllüdlü Orxan Səməd oğlu Paşayev, onun qardaşı, 1990-cı il təvəllüdlü Elçin
Səməd oğlu Paşayev və rayonun Aşağı Tala kənd sakini 1995-ci il təvəllüdlü Əzim
Kazım oğlu Cavadov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala
Rayon Mərkəzi Xəstəxanasına (RMX) müraciət ediblər.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində (RPŞ) araşdırma aparılır.

Source link