395a8750-396e-455a-a559-35d976154471..jpg

Zaqatalada it bir gündə yeddi nəfərə xəsarət yetirib

Baxış sayı: 496 dəfə baxılıb.

Zaqatalada it bir gündə yeddi nəfərə xəsarət yetirib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Zaqatalada eyni it bir gündə yeddi nəfərə xəsarət yetirib.

APA xəbər verir ki, hadisə bu gün günorta saatlarında Zaqatala şəhərinin
bazarı yaxınlığında baş verib. Yeddi nəfərə xəsarət yetirən it sakinlər
tərəfindən öldürülüb. Xəsarət alan şəxslər Zaqatala Rayon Mərkəzi Xəstəxanasına
(RMX) müraciət ediblər.

Zaqatala şəhər sakinləri olan – 1970-ci il təvəllüdlü Aydın Məmməd oğlu
Didirov, 1966-cı il təvəllüdlü Mohma Məmməd oğlu Tamahov, 1954-cü il təvəllüdlü
Zəkəriyyə Kərimov, 1966-cı il təvəllüdlü Gülüstan Yusif qızı İsmayılova və daha
üç nəfərə xəstəxanada lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə vaksin
vurulduqdan sonra evə buraxılıblar.

Source link