b4d3b6ce-6e76-49c5-b523-15f1b0550748..jpg

Zaqatalada keçmiş məhkumdan külli miqdarda narkotik götürülüb – FOTO

Baxış sayı: 934 dəfə baxılıb.

Zaqatalada keçmiş məhkumdan külli miqdarda narkotik götürülüb – FOTO

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik
vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsə qarşı əməliyyat tədbiri
həyata keçirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şöbə
əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbir
zamanı əvvəllər də narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün
məhkum olunmuş Alişir Afrailov tutulub.

Şəxsi axtarış zamanı ondan marixuana aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə Alişir Afrailovun Fındıqlı kəndi ərazisində
yaşadığı yerə də baxış keçirilib və oradan ümumi çəkisi 2 kiloqramdan artıq
olan narkotik vasitə-qurudulmuş marixuana aşkarlanıb.

Saxlanılan şəxs barəsində Zaqatala Rayon Polis Şöbəsinin İstintaq bölməsində
cinayət işi başlanılıb, Alişir Afrailovun cinayət əlaqələrinin müəyyən olunması
istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Source link