b77a9e69-e3d7-43a7-bf9f-c5c41ac5f766..jpg

Zaqatalada keçmiş məhkumdan tiryək götürülüb – FOTO

Baxış sayı: 1. 180 dəfə baxılıb.

Zaqatalada keçmiş məhkumdan tiryək götürülüb – FOTO

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində
narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən
məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı
üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən şəhər sakini, əvvəllər də
məhkum olunmuş Feyruz Hüseynov saxlanılıb. Şəxsi axtarış zamanı ondan tiryək
aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində narkotiklərin qanunsuz
dövriyyəsi ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, F.Hüseynovun
ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Source link