Zaqatalada kişi arvadını qayınatasının hədiyyə etdiyi silahla öldürüb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ötən ilin martında Zaqatalada arvadı Firəngiz Yusifovanı tüfənglə açdığı atəş
nəticəsindəqətlə yetirən
məhkəmə prosesi başa çatıb.
“Qafqazinfo”nun məlumatına görə, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünə
əsasən, 1985-ci il təvəllüdlü M.Didiyev 17 il azadlıqdan məhrum edilib.
Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs arvadı ilə boşanmaq istəməməsinə
görə cinayət əməlini törətdiyini bildirib. Tərəflərin münasibətinin bu
səviyyəyə gəlməsinə isə M.Didiyevin başqa qadınla münasibətinin olması
göstərilib.
Qeyd edək ki, F.Yusifovanın qətlində istifadə edilən tüfəng 7-8 il əvvəl onun
atası tərəfindən Məhəmmədə hədiyyə verilibmiş.