4d04b567-4bda-4818-b0b6-69a2f7282f6d.jpg

Zaqatalada mağaza yandı

Baxış sayı: 33 dəfə baxılıb.

Zaqatalada qarışıq mallar mağazasının anbarında yanğın olub.

APA-nın məlumatına görə, gecə saat 03 radələrində rayonun Yuxarı Tala kəndi
ərazisində Anar Qurban oğlu Qurbanova məxsus qarışıq mallar mağazasına aid
ümumi sahəsi 60 kvadratmetr olan iki anbarda yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Zaqatala rayon Dövlət Yanğından Mühafizə
Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın
nəticəsində hər iki anbarın yanar konstruksiyaları, içərisində olan avadanlıq
və ərzaqla birlikdə yanıb. Mağaza və anbarın arasında qoyulan bankomat və
yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Source link