960231b0-1ddd-4521-a486-0807c32a6a39..jpg

Zaqatalada minik avtomobilləri toqquşub, dörd nəfər xəsarət alıb – YENİLƏNİB

Baxış sayı: 482 dəfə baxılıb.

Zaqatalada minik avtomobilləri toqquşub, dörd nəfər xəsarət alıb – YENİLƏNİB

Zaqatalada baş verən yol-nəqliyyat hadisəsində dörd nəfər xəsarət alıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, qəza zamanı xəsarət alanların
rayonun Çobankol kənd sakinləri – 1967-ci il təvəllüdlü Rəsul Səmədov, 1987-ci
il təvəllüdlü Emil Əhmədov, 1965-ci il təvəllüdlü Kifayət Əhmədova və rayonun
Aşağı Tala kənd sakini 1975-ci il təvəllüdlü Sevinc Məmmədova olduğu bildirilir.

R. Səmədov və S. Məmmədovanın xəsarətləri yüngül olduğundan onlara lazımi
tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə
buraxılıblar. E. Əhmədov və K. Əhmədovanın müalicəsi davam etdirilir.

13:52

Zaqatalada minik avtomobilləri toqquşub.

APA xəbər verir ki, hadisə saat 11 radələrində Yevlax-Zaqatala-Gürcüstan
sərhəd magistral yolunun “Naib bulaq” adlanan ərazisindən keçən hissəsində baş
verib.

İki minik avtomobilinin toqquşması nəticəsində iki nəfər Çobankol kənd sakini
xəsarət alıb. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX)
yerləşdiriliblər. Hazırda yaralıların müayinəsi aparılır, şəxsiyyətləri
dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Source link