58fae31e-2745-4b8d-ac5f-df3dc0aa991f..jpg

Zaqatalada qumbara partladı, 18 yaşlı gənc öldü

Baxış sayı: 482 dəfə baxılıb.

Zaqatalada qumbara partladı, 18 yaşlı gənc öldü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Zaqatalada 18 yaşlı gənc əlində qumbara partlaması nəticəsində ölüb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu
məlumat yayıb.

Bildirilib ki, hadisə günorta saatlarında rayonun Pərzivan adlanan ərazisində
baş verib. Rayonun Muxax kənd sakini Məhəmməd Kamal oğlu Ömərov ərazidən
qumbara tapıb. M. Ömərov tapdığı qumara ilə ehtiyatsız davrandığından əlində
partlayıb.

Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan M. Ömərov Zaqatala
Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Source link