Zaqatala rayonunun Çobankol kəndində ümumi sahəsi 220 m² olan ikimərtəbəli 7 otaqlı evin ikinci mərtəbəsində 2 otağın tavanı 60 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 130 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.