85061f13-1da0-4853-8bdb-8157874e49da..jpg

“Zaqreb Open”: Azərbaycan güləşçisi finala vəsiqə qazandı – YENİLƏNİB

Baxış sayı: 883 dəfə baxılıb.

“Zaqreb Open”: Azərbaycan güləşçisi finala vəsiqə qazandı – YENİLƏNİB

Azərbaycanın sərbəst güləşçisi Georgi Meşvildişvili Xorvatiyada keçirilən
“Zaqreb Open”də finala yüksəlib.

“Report”un məlumatına görə, 125 kq çəki dərəcəsində çıxış edən idmançı
həlledici görüşdə iranlı Əmir Hüseyn Abbasla qarşılaşacaq.

92 kq-da mübarizə aparan Osman Nurmaqomedov ABŞ təmsilçisi Conatan Ayello, 97
kq-da Maqomedxan Maqomedov polşalı Radoslav Baran bürünc medal qarşılaşmasına
çıxacaq.

Qadınlardan isə 50 kq-da yarışan Mariya Stadnik 3-cü yer uğrunda görüşdə çinli
Men Fanla münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, ilk yarış günündə sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq)
qızıl, Hacı Əliyev (70 kq) gümüş, Cəbrayıl Qadjiyev (74 kq), Əli Rəhimzadə (65
kq) və Xadjimurad Qadjiyev (70 kq) bürünc medala sahib çıxıblar.

11:42

Azərbaycanın daha üç sərbəst güləşçisi bu gün Xorvatiyada keçirilən “Zaqreb
Open”də mübarizəyə başlayacaq.

“Report”un məlumatına görə, 92 kiloqram çəki dərəcəsində çıxış edən Osman
Nurmaqomedov 1/4 final mərhələsində ABŞ-dən olan Kollin Raymond Mur ilə üz-üzə
gələcək.

97 kq-dakı Maqomedxan Maqomedov təsnifatda digər ABŞ təmsilçisi Kayl
Snayderlə, 125 kq-dakı Georgi Meşvildişvili eyni raundda polşalı Robert Baranla
görüşəcəklər.

Source link