“Zaqreb Open”: Azərbaycan millisi ilk qızıl medalı qazanıb – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Xorvatiyada keçirilən güləş üzrə “Zaqreb Open” turniri davam edir.
Cixisyolu.com-ın məlumatına görə, üçüncü yarış günündə Azərbaycan millisinin iki üzvü
medal qazanıb.
Onlardan biri qızıl, digəri isə bürünc olub.
Yunan-Roma güləşçi Sənan Süleymanov 77 kiloqram çəkidə fəxri kürsünün ən
yüksək pilləsinə qalxıb. O, beş rəqibini də məğlub edərək, Azərbaycanın
yığmasının hesabına ilk qızıl medalı yazdırıb.
Qadın güləşçi Alyona Kolesnik (59 kiloqram) isə bürünc mükafata yiyələnib.
Qeyd edək ki, buna kimi, üç sərbəst güləşçi turnirdə üçüncü yeri tutub.
12.01.2024, 11:04
Xorvatiyada keçirilən güləş üzrə “Zaqreb Open” turniri davam edir.
Cixisyolu.com-ın məlumatına görə, bu gün Azərbaycanın daha altı idmançısı qüvvəsini
sınayacaq.
Yarışın üçüncü günündə yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaqlar. Baş
məşqçi Aleksandr Tarakanovun rəhbərlik etdiyi komandanın üç üzvü xalça üzərinə
çıxacaq. Sənan Süleymanov, Xasay Həsənli (hər ikisi 77 kq) və İslam Abbasov (87
kq) çempionluq uğrunda mübarizə aparacaqlar.
Qadınların yarışında isə Alyona Kolesnik (59 kq), Birgül Soltanova (62 kq) və
Elis Manolova (68 kq) öz çəkilərinin ən güclüsü olmağa çalışacaqlar.
Qeyd edək ki, üç sərbəst güləşçi – Əliabbas Rzazadə, Nurəddin Novruzov (hər
ikisi 61 kq) və Cəbrayıl Qadjiyev (74 kq) “Zaqreb Open”də bürünc medal
qazanıblar.