“Zaqreb Open”: Azərbaycan millisinin üç güləşçisi medal qazana bilməyib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Xorvatiyada keçirilən güləş üzrə “Zaqreb Open” turniri davam edir.
Cixisyolu.com-ın məlumatına görə, bu gün sərbəst güləşçilər çıxışlarını başa vurub,
qadınlar isə mübarizəyə başlayıblar.
Azərbaycan millisinin daha iki sərbəst güləşçisi xalça üzərinə çıxıb. 125 kq
çəkidə çıxış edən Georgi Meşvildişvili və Vaxit Qalayev uğursuz nəticə ilə
yadda qalıblar.
Qadınların yarışında isə Gültəkin Şirinova (55 kq) 1/4 finalda rəqibinə məğlub
olaraq mübarizəni erkən dayandırıb.
Qeyd edək ki, ötən gün çıxış edən yeddi sərbəst güləşçidən üçü – Əliabbas
Rzazadə, Nurəddin Novruzov (hər ikisi 61 kq) və Cəbrayıl Qadjiyev (74 kq)
bürünc medal qazanıblar.