76a2309b-5c0b-4089-8a74-c4a83ac77944..jpg

“Zaqreb Open”: Azərbaycanın daha 3 güləşçisi mübarizəyə başlayır

Baxış sayı: 961 dəfə baxılıb.

“Zaqreb Open”: Azərbaycanın daha 3 güləşçisi mübarizəyə başlayır

Azərbaycanın daha üç sərbəst güləşçisi bu gün Xorvatiyada keçirilən “Zaqreb
Open”də mübarizəyə başlayacaq.

“Report”un məlumatına görə, 92 kiloqram çəki dərəcəsində çıxış edən Osman
Nurmaqomedov 1/4 final mərhələsində ABŞ-dən olan Kollin Raymond Mur ilə üz-üzə
gələcək.

97 kq-dakı Maqomedxan Maqomedov təsnifatda digər ABŞ təmsilçisi Kayl
Snayderlə, 125 kq-dakı Georgi Meşvildişvili eyni raundda polşalı Robert Baranla
görüşəcəklər.

Qeyd edək ki, ilk yarış günündə sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq)
qızıl, Hacı Əliyev (70 kq) gümüş, Cəbrayıl Qadjiyev (74 kq), Əli Rəhimzadə (65
kq) və Xadjimurad Qadjiyev (70 kq) bürünc medala sahib çıxıblar.

Source link