“Zaqreb Open”: Azərbaycanın daha üç güləşçisi mübarizəyə başlayır
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu gün Azərbaycanın daha üç güləşçisi Xorvatiyada keçirilən “Zaqreb Open”
turnirində mübarizəyə qoşulacaq.
Cixisyolu.com-ın məlumatına görə, yunan-Roma güləşçilərindən Murad Məmmədov (63 kq)
və Həsrət Cəfərov (67 kq), qadınlardan isə Jalə Əliyeva (57 kq) qüvvəsini
sınayacaqlar.
Qeyd edək ki, daha əvvəl bu növdə Sənan Süleymanov (77 kq) qızıl medal qazanıb.
Sərbəst güləşçilərdən Əliabbas Rzazadə, Nürəddin Novruzov (hər ikisi 61 kq) və
Cəbrayıl Qadjiyev (74 kq), həmçinin, Alyona Kolesnik (59 kq) də bürünc mükafata
sahib çıxıblar.