3d3e849f-d5db-4669-8b0a-cee90a6da09c..jpg

“Zaqreb Open”: Azərbaycanın sərbəst güləşçiləri ilk gündə beş medal qazandılar – YENİLƏNİB

Baxış sayı: 827 dəfə baxılıb.

“Zaqreb Open”: Azərbaycanın sərbəst güləşçiləri ilk gündə beş medal qazandılar
– YENİLƏNİB

Azərbaycanın daha bir sərbəst güləşçisi Xorvatiyada keçirilən “Zaqreb Open”də
bürünc medal qazanıb.

“Report”un məlumatına görə, 74 kq-da Cəbrayıl Qadjiyev macarıstanlı Murad
Kuramaqomedova 5:0 hesabı ilə qalib gələrək 3-cü yeri tutub.

Beləliklə, sərbəst güləşçilər reytinq turnirinin ilk gününü 5 medalla başa
vurublar. Daha əvvəl Əliabbas Rzazadə (57 kq) qızıl, Hacı Əliyev (70 kq) gümüş,
Əli Rəhimzadə (65 kq) və Xadjimurad Qadjiyev (70 kq) bürünc medala sahib
çıxıblar.

22:56

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Xorvatiyada keçirilən “Zaqreb
Open”də final görüşünə çıxıb.

“Report”un məlumatına görə, 70 kq-da yer alan üçqat dünya və üçqat Avropa
çempionu həlledici qarşılaşmada ABŞ təmsilçisi Alek Uilyam Pantaleonu sınağa
çəkib. Rəqibinə 2:5 hesabı ilə uduzan Əliyev ikinci yerlə kifayətlənib.

Əliyevlə eyni çəkidə çıxış edən Xadjimurad Qadjiyev isə hindistanlı Vişal
Kaliramanı 10:0 hesabı ilə məğlub edərək, bürünc medala yiyələnib.

Qeyd edək ki, daha əvvəl Əliabbas Rzazadə (57 kq) qızıl, Əli Rəhimzadə (65 kq)
isə bürünc medal əldə edib.

22:35

Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə Xorvatiyada keçirilən “Zaqreb
Open”də qızıl medal qazanıb.

“Report”un məlumatına görə, 57 kq-da çıxış edən idmançı finalda yaponiyalı
Yuto Nişuçi ilə qarşılaşıb. Rəqibinə 2:0 hesabı ilə qalib gələn Rzazadə fəxri
kürsünün ən yüksək pilləsinə qalxıb.

Eyni çəki dərəcəsində yer alan İslam Bazarqanov 3-cü yer uğrunda qarşılaşmada
gürcüstanlı Beka Bujiaşviliyə sonuncu xal prinsipinə əsasən uduzub – 4:4.

65 kq-da mübarizə aparan Əli Rəhimzadə isə bürünc medal görüşündə yaponiyalı
Ryoma Anrakunu 12:1 hesabı ilə üstələyib.

Source link