5a1f68ed-76a4-43ad-824d-ce7c04f138e7..jpg

“Zaqreb Open”: Daha bir güləşçimiz gümüş medal qazanıb – YENİLƏNİB

Baxış sayı: 906 dəfə baxılıb.

“Zaqreb Open”: Daha bir güləşçimiz gümüş medal qazanıb – YENİLƏNİB

Xorvatiyada keçirilən “Zaqreb Open” turnirinin sonuncu günündə Azərbaycanın
yunan-Roma güləş yığması daha bir medal qazanıb.

Cixisyolu.com xəbər verir ki, 60 kq çəki dərəcəsində yarışan Nihat Məmmədli finala
qədər irəliləsə də, həlledici görüşdə iranlı Mehdi Nejada məğlub olaraq, gümüş
medal əldə edib.

Nihat Məmmədli finala kimi ardıcıl olaraq Yustas Petraviçyus (Litva), Murad
Məmmədov (Azərbaycan), Kriştian Keçkemeti (Macarıstan) və Razvan Arnauta
(Rumıniya) qalib gəlib.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) qızıl,
Hacı Əliyev (70 kq) və Georgi Meşvildişvili (125 kq) gümüş, Cəbrayıl Qadjiyev
(74 kq), Əli Rəhimzadə (65 kq), Xadjimurad Qadjiyev (70 kq), Osman Nurmaqomedov
(92 kq), Maqomedxan Maqomedov (97 kq) bürünc medal əldə ediblər. Qadınlardan
Alyona Kolesnik (59 kq) bürünc medala sahib çıxıb. Yunan-Roma güləşçisi Taleh
Məmmədov (63 kq) isə qızıl medala sahib çıxıb.

11:40

Xorvatiyada keçirilən “Zaqreb Open”in son günündə Azərbaycanın daha 10
yunan-Roma güləşçisi mübarizəyə qoşulacaq.

Cixisyolu.com xəbər verir ki, 60 kq çəkidə iki güləşçi yarışacaq.

1/16 finaldan mübarizəyə qoşulacaq Nihat Məmmədli litvalı Custas Petraviçyusu
sınağa çəkəcək. Bu cütün qalibi növbəti raundda Murad Məmmədovun rəqibi olacaq.

Ülvü Qənizadə 70 kq-ın 1/16 finalında çexiyalı Yiri Kapeklə münasibətlərinə
aydınlıq gətirəcək. Ülvi bu sınaqdan üzüağ çıxsa, 1/8 finalda Mateuş Bernateklə
(Polşa) üz-üzə gələcək.

Azərbaycan millisini 82 kq-da təmsil edən Tuncay Vəzirzadə 1/4 finalda
çexiyalı İvo Sviqlerə rəqib olmaq üçün əvvəlcə İran təmsilçisi Peyman Postamı
üstələməlidir.

97 və 130 kq çəki dərəcələrinin hər birində yığma 3 pəhləvanla təmsil
olunacaq. 97 kq-da Zamir Maqomedov və Murat Lokyayev 1/16 finalda müvafiq
olaraq Mindauqas Vençkaitis (Litva) və Kiril Milovla (Bolqarıstan)
qarşılaşacaqlar. Arif Niftullayev isə 1/8 finalda rəqibini gözləyir. O, Gerard
Kurniçzak (Polşa) – Lukas Şeridan (ABŞ) cütünün qalibinə rəqib olacaq.

130 kq çəkidəki güləşçilərdən Sabah Şəriəti 1/8 finala adlamaq üçün italiyalı
Danila Sotnikova qalib gəlməlidir. 1/8 finaldan yarışa qoşulacaq Beka Kandelaki
İsveçrə təmsilçisi Delian Alişahi ilə görüşəcək. Sərxan Məmmədov isə Dariuş
Vitek (Macarıstan) – Linze Menq (Çin) cütünün qalibini gözləyir.

Source link