d3538189-c059-4cc0-9da3-646aa61911f9..jpg

Zarafat həyatı bahasına başa gəldi: Ağstafa sakinini cərəyan vuraraq öldürdü

Baxış sayı: 481 dəfə baxılıb.

Zarafat həyatı bahasına başa gəldi: Ağstafa sakinini cərəyan vuraraq öldürdü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağstafada bədbəxt hadisə baş verib.

Hadisə rayonun Vurğun qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini 2006-ci il təvəllüdlü Elvin Həsənzadəni elektrik cərəyanı
vuraraq öldürüb.

2006-cı il təvəllüdlü E.Həsənzadə Vurğun qəsəbəsində yerləşən mini futbol
meydançasında tanışları ilə olan zaman uzun metal borunu götürərək yoldaşları
ilə zarafatlaşmaq istəyib.

Bu zaman əlindəki boru ehtiyatsızlıqdan meydançanın üstündən keçən yüksək
gərginlikli elektrik xəttinə toxunub. Nəticədə elektrik cərəyanı onu vuraraq
öldürüb.

Qeyd edək ki, mərhum gələn ay hərbi xidmətə getməli idi.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.

Source link