“ZARA”nın işçilərinə hökm oxunub

“ZARA”nın işçilərinə hökm oxunub

Baxış sayı: 3. 067 dəfə baxılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində İbrahim İbrahimov, Zəhra Mavlina, Zaur Novruzov, Gültəkin Bünyadova və Elvina Qafarovanın CM-nin 179-cu (mənimsəmə və ya israf etmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

ÇıxışYolu.Com-ın məlumatına görə, “ZARA” mağazalar şəbəkəsinin işçiləri İ.İbrahimov, Z.Mavlina, Z.Novruzov, G.Bünyadova və E.Qafarov işlədikləri mağazaya 17.700 manat zərər vurublar.

Onlar mağazada olan malların bir hissəsinin kassadan kənar əməliyyat apararaq satıblar və əldə etdikləri pulları aralarında bölüşdürməklə, mənimsəyiblər.

Məhkəmə prosesində təqsirləndirilən şəxslər özlərini qismən təqsirli biliblər. Qeyd edək ki, mağazaya dəymiş maddi ziyan müştərək qaydada təqsirləndirilən şəxslər tərəfindən ödənilib. 

İbtidai istintaq dövründə onların barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri barəsində iki il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib. 

www.ÇıxışYolu.Com