ae74a673-e86a-4616-b358-da111237871b..jpg

Zatulin: “Məsələ “Zvartnots”la məhdudlaşmayacaq”

Baxış sayı: 443 dəfə baxılıb.

Zatulin: “Məsələ “Zvartnots”la məhdudlaşmayacaq”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ermənistan hökuməti nümayişkaranə şəkildə Rusiya ilə əlaqələri pozur”.

Bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini
Konstantin Zatulin deyib.

“Ermənistan hökuməti nümayişkaranə şəkildə Rusiya ilə əlaqələri kəsir, səbəb
axtarır, bir addım ardınca başqa addım atır. Bu, onların siyasətinə uyğundur.
Düşünürəm ki, məsələ “Zvartnots”la məhdudlaşmayacaq. İndi nə deyirlərsə
desinlər, bizim xəbərdarlıq etdiyimiz məsələni tədricən həyata keçirirlər. Bu,
KTMT-dən çıxmaqdır ki, o zaman da Gümrüdə bazanın olması məsələsini
qaldıracaqlar”, – Zatulin bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen
Qriqoryan bildirib ki, “Zvartnots” hava limanında Ermənistan sərhəd qoşunları
xidmət etməlidir.

“Ermənistanın bu məsələdə dəqiq mövqeyi var və bu barədə Rusiyaya rəsmi
məktubla məlumat verilib”, – deyə o bəyan edib.

Mənbə: RİA Novosti

Source link