1a3f861a-7981-4571-98cf-9645f9a60e6f..jpg

Zaur Axundov: “Futzalda köklü dəyişikliklər ola bilər” – MÜSAHİBƏ

Baxış sayı: 894 dəfə baxılıb.

Zaur Axundov: “Futzalda köklü dəyişikliklər ola bilər” – MÜSAHİBƏ

Futzal üzrə Azərbaycan millisi DÇ-2024-ün əsas mərhələsində Yunanıstan
seçməsinə 5:2 hesabı ilə qalib gələrək elit-raunda vəsiqəni təmin edib.

Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov qarşılaşmadan sonra
“Report”a müsahibəsində yığmanın hədəflərindən və ölkədə bu idman növünün
durumundan bəhs edib.

– Komanda qələbə sayəsində növbəti mərhələyə vəsiqə qazanıb. Oyun haqqında
təəssüratlarınız necədir?

– Bu nəticəyə görə sevinirik. Amma hələ mübarizə irəlidədir. Elit-raunda
hazırlaşacağıq. Görüləsi işlər çoxdur. Bu gün millinin çıxışından tam razı
qalmadım. Həm futbolda, həm də futzalda arxayınlıq olmaz. Amma bu görüşdə oldu.
Yəqin ki, bu səbəbdən komanda ilə söhbət edəcəyik.

– Yunanıstanı səfərdə 7:0 hesabı ilə məğlub etmək arxayınlığa səbəb ola
bilərmi?

– Əlbəttə. Hər şey bundan irəli gəlir. Bu yöndə narazılığımı komandaya
bildirəcəyəm.

– Sonuncu matçda Polşanın qonağı olacaqsınız. Bu barədə nə deyə bilərsiniz?

– Yunanıstanla qarşılaşmadan əvvəl komanda ilə görüşmüşdüm. Hər iki oyunla
bağlı tapşırıqlar verilib. Ölüb-dirim matçı olacaq.

– Dünya çempionatının elit-raunduna vəsiqəni təmin etmisiniz. Qarşıdakı
hədəfləriniz nədir?

– Dünya çempionatının əsas mərhələsində düşmək. Başqa hədəfimiz yoxdur.

– Martın 7-də AFFA İcraiyyə Komitəsinin iclasında və Konfransda iştirak
edəcəksiniz. Bu barədə nə deyə bilərsiniz?

– Bu, həm hesabat xarakteri daşıyacaq, həm də bəzi təkliflər irəli sürəcəyik.
Yəqin ki, mətbuata bu barədə məlumat veriləcək. Təkliflər futzalın daha da
inkişaf etdirilməsi və gənclərin yetişdirilməsi, bu idman növünə cəlb olunması
ilə bağlıdır. İcraiyyə Komitəsinin iclasında bu məsələləri qaldıracağıq.

– Köklü dəyişikliklər ola bilər?

– Təbii ki. Gənclərin futzala cəlb edilməsi əsas prioritet olacaq.

– Futzalda kütləviliyin azaldığını düşünürsünüz?

– Artmayıb. Bizi qane edən səviyyədə deyil. Getdikcə çətinlik çəkirik. Gənclər
15 – 17 yaşından futzala cəlb edilməlidirlər.

Source link