48b2950f-d8ee-489f-a429-902045ab5da3..jpg

Zaur Darabzadə: “Tamaşaçılarımızı Azərbaycan klassik filmlərini izləməyə dəvət edirəm”

Baxış sayı: 668 dəfə baxılıb.

Zaur Darabzadə: “Tamaşaçılarımızı Azərbaycan klassik filmlərini izləməyə dəvət
edirəm”

“Azərbaycan kinostudiyasının son 100 ildə təqdim etdiyi müxtəlif filmlər yaxın
bir həftə ərzində “CinemaPlus” kinoteatrlar şəbəkəsində təqdim ediləcək”.

Cixisyolu.com xəbər verir ki, bu sözləri Azərbaycan kinosunun 125 illiyi və
“Azərbaycanfilm” kinostudiyasının 100 illiyinə həsr olunan Klassik Azərbaycan
filmlərinin retrospektiv baxışı tədbirində “CinemaPlus” kinoteatrlar
şəbəkəsinin Müşahidə Şurasının sədri Zaur Darabzadə jurnalistlərə açıqlamasında
deyib.

Onun sözlərinə görə, tamaşaçılar avqustun 3-dən 10-dək Azərbaycan klassik
filmlərini “CinemaPlus”da ödənişsiz şəkildə izləyə bilərlər:

“Bu gün Azəbaycan kinosunun 125, Azərbaycan kinostudiyasının 100 illiyi
münasibətilə Azərbaycan klassik filmlərinin təqdimatı həyata keçirilir. Bakı,
Sumqayıt, Naxçıvan və Gəncə şəhərlərinin sakinləri klassik Azərbaycan
filmlərini kinoteatrlarda ödənişsiz izləyə bilərlər”.

Z.Darabzadə sonda kino sahəsində çalışan hər kəsi təbrik edib:

“Tamaşaçılarımızı Azərbaycan klassik filmlərini izləməyə dəvət edirəm. Əminəm
ki, bu kino festivalı anşılaqla keçəcək. Klassik filmlərimizi izləmək
istəyənlər kinoteatrlar şəbəkəsinin saytı vasitəsilə filmlərin nümayiş
olunacağı saatları öyrənə bilərlər”.

Nəzrin Vahid

Source link