Bu gün ATV-də yayımlanan “Zaurla günaydın” proqramında maraqlı anlar yaşanıb.
ÇıxışYolu.Com xəbər verir ki, verilişin aparıcısı Zaur canlı yayıma hamam xalatında çıxıb. O, proqram zamanı hamamdan çıxdığını bildirərək səhər süfrəsi hazırlayan həyat yoldaşına qazın bitdiyini deyib və ondan çay istəyib.
Onun bu görüntüləri sosial şəbəkələrdə müzakirə mövzusu olub.