64e9ab68-8eff-4b11-823a-2f34bfa107b9..jpg

Zaur Əliyev: “Ölkəyə gələn turistlərin tibbi ehtiyacları üçün assistant şirkətləri ilə danışıqlara başlanılıb”

Baxış sayı: 621 dəfə baxılıb.

Zaur Əliyev: “Ölkəyə gələn turistlərin tibbi ehtiyacları üçün assistant
şirkətləri ilə danışıqlara başlanılıb”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ölkəyə gələn turistlərin tibbi ehtiyaclarının “Yeni Klinika”da qarşılanması
məqsədilə dünyadakı assistant şirkətləri ilə danışıqlara başlanılıb”.

“Report” xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin
İdarə Heyətinin sədri Zaur Əliyev Heydər Əliyev Mərkəzində keçirilən
Azərbaycan-Türkiyə İnvestisiya Forumunda deyib.

O qeyd edib ki, ölkə qanunvericiliyinə görə, icbari tibbi sığorta yalnız
Azərbaycan vətəndaşları və ölkəmizdə yaşama izni olan əcnəbilərə aiddir:

“Əgər ölkəyə turist gələrsə və tibbi ehtiyacı yaranarsa, onun beynəlxalq
sığortası varsa, bu istiqamətdə ehtiyacı qarşılana bilər. Yaxud o nağd pul
ödəməlidir ki, həmin xidmətdən yararlana bilsin. Ən vacib məsələlərdən biri
odur ki, ölkəyə kimsə gəlirsə və onun səyahət sığortası varsa, tibbi ehtiyac
yaranarsa, o zaman həmin ehtiyacı assistant şirkətləri vasitəsilə ala bilər.
TƏBİB-in bu işlə məşğul olan komandası dünyadakı böyük assistant şirkətləri ilə
danışıqlara başlayıb. Danışıqların məqsədi siyahıya Azərbaycan klinikalarının
salınmasıdır”.

Z.Əliyev vurğulayıb ki, hələ ki TƏBİB-in nəzdində fəaliyyət göstərən “Yeni
Klinika” üzərindən bu istiqamətdə danışıqlar gedir:

“Əgər turistin səyahət sığortası varsa, onun tibbi ehtiyacı yaranacağı
təqdirdə assistant şirkətlə əlaqə saxlayarkən o, Yeni Klinikaya
yönləndirilməlidir. Təbii ki, burda bir klinikanın deyil, daha çox tibb
müəssisəsinin olması daha məqsədəuyğundur. Səhiyyə Nazirliyi və Azərbaycan
Sığortaçılar Assosiasiyası ilə aramızda belə bir anlaşma var. Onlarla da bu
məsələni qaldıra bilərik ki, özəl klinikalar və özəl sığorta şirkətləri bu
prosesdə aktiv şəkildə iştirak etsinlər”.

Source link