Zaur Rzayev: “O Zaurlardan təzminat alacağam”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Elə mahnılar oxumuşam ki, insanlar ona oynamayıb. Bu cəsarəti insanlara
verməmişəm ki, mahnıma oynayın. İndi isə hindsayağı mahnılar oxunur”.
Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Zaur Rzayev televiziya
verilişlərindən birinin efirində deyib. Müğənni aparıcı Zaur Baxşəliyevin “Sizə
adıma görə nə qədər təzminat ödəyəcəyəm” sualına belə cavab verib:
“Siz adımı layiqli yaşadırsınız, sizə özüm ödəyəcəyəm. Digər Zaurlardan
təzminat alacağam. Bu ad 1970-ci illərdən məndən gəlib. Azərbaycanda mən yaşda
Zaur yoxdur. Anarın da əsərindəki Zaur mənəm. Məni nəzərdə tutub, Fəxrəddin
Manafov sevdiyim aktyordur. Mən ola-ola niyə Fəxrəddin çəkilib filmə? Yəqin
rejissorun başı qarışıq olub, fikrindən çıxıb. Yenə də sağ olsun ki, adım
filmdə qalıb”.