ef5fd0f2-cd1f-430d-85e5-3ce2d75f957f..jpg

“Zaur”un “Təhminə”si yenidən Azərbaycan filmində – VİDEO

Baxış sayı: 1. 005 dəfə baxılıb.

“Zaur”un “Təhminə”si yenidən Azərbaycan filmində – VİDEO

Xalq yazıçısı Anarın əsəri üzrə çəkilmiş məşhur filmin Təhminəsi kimi tanınan
türkiyəli aktrisa Meral Konrat yenidən Azərbaycan filmində rol alıb.

Cixisyolu.com xəbər verir ki, aktrisa 30 ildən sonra “Elçilik” adlanan ekran işi ilə
tamaşaçıların görüşünə gələcək. Film komediya janrındadır.

Aktrisa “Bütün Azərbaycana sevgilərimi göndərirəm. Çox yaxında kinoteatrlarda
sizinlə möhtəşəm heyət, çəkilişlə birgə, komediya filmi ilə qarşınızda
olacağıq”, – deyə o, şəxsi “Instagram” səhifəsində izləyicilərə məlumat verib.

Meral Konrata sənətçi həmkarlarından çoxlu dəstək gəlib. Azərbaycan
izləyiciləri şərhlərdə aktrisanı yenidən filmdə görməyə şad olduqlarını
yazıblar.

Qeyd edək ki, layihədə müğənni Xatun, aparıcılar Elgiz Əkbər, Pərvanə
Tahirqızı, Teymur Məmmədov və Firuzə Balayeva da rol alıblar.

Film mart ayında nümayiş olunacaq. Ekran işinin baş prodüseri Toğrul Hüseynli,
quruluşçu rejissoru İlham Yaşaroğlu, ssenari müəllifi isə Əcəmi Əsədulladır.

Şəlalə Babayeva


Source link