Natalya Zaxarçenko tanınmamış “Donetsk Xalq Respublikası”nın rəhbərliyinə namizədlərdən biri ola bilər.
ÇıxışYolu.Com “Danışır Moskva” radiosuna istinadən xəbər verir ki, bunu tanınmamış respublikanın keçmiş rəhbəri Aleksandr Zaxarçenkonun müşaviri Aleksandr Kazakov deyib:
“Natalya ciddi adamdır, əri ilə birgə boş yerə döyüşməyib”.
Tanınmamış respublikada seçkilərin nə vaxt keçiriləcəyi açıqlanmır.
Qeyd edək ki, A. Zaxarçenko Donetskdə restoranların birində partlayış zamanı ölüb.