Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova ABŞ hakimiyyət nümayəndələrinin Rusiyanın Sietl şəhərindəki baş konsulluğuna daxil olmasını “reyder basqını” kimi qiymətləndirib.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Ren TV” telekanalı məlumat yayıb.
“Baxmağa tələsin: ABŞ hakimiyyəti Rusiyanın Sietldakı baş konsulluğunun bina kompleksini zəbt etməyə başlayıb. Çox nadir görüntüdür – dövlət tərəfindən reyder basqınıdır”, – deyə Zaxarova sosial şəbəkə hesabında yazıb.
Bundan əvvəl Rusiya səfirliyi ABŞ-ın güc strukturu əməkdaşlarının baş konsulluğun qapılarını sındırdığını əks etdirən görüntünü yayıb.