Zaxarova ABŞ-ın Qafqazdakı bioloji laboratoriyaları barədə danışıb

Zaxarova ABŞ-ın Qafqazdakı bioloji laboratoriyaları barədə danışıb

Baxış sayı: 3. 300 dəfə baxılıb.

Rusiya keçmiş sovet məkanında ABŞ hərbi orqanlarının tibbi-bioloji fəallığı haqda məlumatı diqqətlə izləyir.

ÇıxışYolu.Com Rusiya KİV-lərinə istinad edərək xəbər verir ki, bu barədə Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Keçmiş sovet məkanında Amerikanın fəaliyyətinin miqyası təşviş yaradır. ABŞ Pentaqon tərəfindən maliyyələşdirilən proqramlar vasitəsilə Zaqafqaziyada və Mərkəzi Asiyada mikrobioloji laboratoriyalar şəbəkəsi yaradır.

Buna 2013-cü ildə Tbilisi ətrafındakı Alekseyevka qəsəbəsində xüsusi təhlükəli xəstəliklərin törədiciləri ilə sınaqlar aparmağa imkan verən üçüncü dərəcəli bioloji müdafiə laboratoriyasının açılışını misal  gətirmək olar. İndi bura R.Luqar adına Tədqiqat Mərkəzidir”, -deyə Zaxarova brifinqdə qeyd edib.

www.ÇıxışYolu.Com