Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, ABŞ və Suriya müttəfiqlərinin hərbi kampaniyası “məntiqi baxımdan anlaşılmır”.
ÇıxışYolu.Com RİA Novosti-yə istinadla xəbər verir ki, Zaxarova bildirib:
“Məqsədi məntiq və effektivlik baxımından izah etmək mümkün deyil. Sadəcə bunu illər əvvəl həyata keçirmək istədikləri “Əsəd getməlidir” konsepsiyasına və “ərəb baharı” ideyasına uyğun aydınlaşdırmaq olar”.