9d034702-2767-48f3-90d1-1bddab03fd4c..jpg

Zaxarova ATƏT-in Azərbaycandakı prezident seçkisi ilə bağlı hesabatını tənqid etdi – VİDEO

Baxış sayı: 412 dəfə baxılıb.

Zaxarova ATƏT-in Azərbaycandakı prezident seçkisi ilə bağlı hesabatını tənqid
etdi – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hər nə iş görülsə də, nə qədər namizəd olsa da, hansı platformaya, hansı
partiyaya mənsubluğundan asılı olmayaraq, onlar üçün əvvəlcədən müəyyən edilmiş
siyasi qərəzdən başqa heç nə önəmli deyil”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) İnformasiya və Mətbuat
Departamentinin direktoru Mariya Zaxarova Federasiya Şurasının komissiya
iclasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB)
Azərbaycanda keçirilən seçki ilə bağlı hesabatını şərh edərkən deyib.

O, qurumun Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı
hesabatını tənqid edib.

“ATƏT/DTİHB-yə bir sualım var: Onlar ümumiyyətlə dövlət üçün kritik məqamda
cəmiyyətin konsolidasiya konsepsiyası haqqında nəsə eşidiblərmi? Məncə, yox.
Heç nə eşitməyiblərsə, deməli, seçkini necə müşahidə etmək barədə heç bir
təsəvvürləri yoxdur”, – deyə o bildirib.

Source link