db1d704e-c816-4532-8dcf-4241e3799e73..jpg

Zaxarova: “Bakı hər zaman görüşə hazır olduğunu təsdiqləyib” – VİDEO

Baxış sayı: 454 dəfə baxılıb.

Zaxarova: “Bakı hər zaman görüşə hazır olduğunu təsdiqləyib” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Rusiya Bakı və İrəvana Moskvada, həmçinin üçüncü ölkələrdə keçiriləcək
çoxtərəfli görüşlər çərçivəsində dəvət göndərib. Bakı hər zaman hazır olduğunu
təsdiqləyib”.

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova
jurnalistlər üçün keçirilən brifinqdə bəyan edib.

Departamentin rəsmi nümayəndəsi təəssüflə bildirib ki, eyni şeyi İrəvan tərəfi
haqqında demək olmaz.

“Ola bilsin ki, Ermənistan hakimiyyətinin Vaşinqton, Brüssel və ya Parisdən
olan müşavirləri daha maraqlı və daha yaxşı nəsə təklif edə biləcəklər, amma
keçmiş təcrübəyə baxmaq lazımdır. Praqa və Brüsseldəki “məclislərinin” nəyə
gətirib çıxardığını artıq hər kəs görüb”, – deyə Rusiya XİN sözçüsü vurğulayıb.


Source link