Zaxarova: “Ermənistan Aİİ-də iştirakdan əhəmiyyətli dividendlər alır” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“İrəvan Avrasiya İqtisadi İttifaqında (Aİİ) iştirakdan əhəmiyyətli dividendlər
alır”.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova
News.ru saytının müxbirinin verdiyi sualı cavablandırarkən bildirib.
Rusiya XİN sözcüsü Moskvanın İrəvanla bundan sonrakı münasibətlərinin
xüsusiyyətlərini açıqlayıb.
“Biz görürük ki, respublika nümayəndələrinin bəzi mübahisəli bəyanatlarına
baxmayaraq, İrəvan ittifaqda iştirakından xeyli dividendlər alır. Biz erməni
tərəfdaşlarımızla, eləcə də Aİİ-nin digər üzv dövlətləri ilə konstruktiv
siyasətsizləşdirilmiş dialoq qururuq”, – deyə Zaxarova vurğulayıb.
Diplomat Ermənistanın baş naziri Nikol Paşinyanın dekabrın 25-də
Sankt-Peterburqda Avrasiya İqtisadi Şurasının iclasında İrəvanın orta və
uzunmüddətli perspektivdə Aİİ çərçivəsində vəzifələrin yerinə yetirilməsinə
diqqət yetirməsi barədə bəyanatını da qeyd edib.
Onun sözlərinə görə, Rusiya tərəfdaşlarının Avrasiya iqtisadi inteqrasiyasının
gücləndirilməsi və inkişafına yönəlmiş gələcək səmərəli iş ruhunu dəstəkləyir.
Mənbə: TASS