Zaxarova: “Ermənistan hakimiyyəti Rusiya ilə müttəfiqlik münasibətlərini
pozur” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Rəsmi İrəvan ilk dəfə olaraq Kiyevin təşəbbüsü ilə Ukraynanın “sülh formulunu”
təbliğ etmək üçün keçirilən toplantıda iştirak edib. Rusiya Xarici İşlər
Nazirliyi bunu nümayişkaranə şəkildə anti-Rusiya jesti kimi qiymətləndirir.
Bu barədə Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.
“Təəssüf ki, Ermənistanın hazırkı rəhbərliyi israrla bizim müttəfiqlik
münasibətlərimizi məhv edir”, – deyə o bildirib.
Mənbə: News.ru