Zaxarova: “Ermənistan Qərb ssenarilərinə aldanmamalıdır, bu, çox təhlükəli ola
bilər” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Ermənistanın məsuliyyətdən yayınmaq üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi
Təşkilatından (KTMT) gizlənməsinə ehtiyac yoxdur”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova
müsahibəsində deyib.
“Ermənistanın KTMT-dən mümkün çıxışı ölkənin real ehtiyaclarına
əsaslanmalıdır. Bu qərar respublikanın ilkin milli maraqlarına uyğun gəlmir və
Brüsseldə haradasa hazırlanıb”.
Diplomat qeyd edib ki, hər bir ölkənin istədiyi ittifaqlarla münasibətləri
inkişaf etdirməyi seçmək hüququ var, lakin bu, reallığa və ölkənin real
ehtiyaclarına əsaslanaraq edilməlidir.
O əlavə edib ki, Qərb ssenarilərinə aldanılmamalıdır, dilxoşluq çox təhlükəli
ola bilər, çünki söhbət təhlükəsizlik məsələlərindən gedir.
Xatırladaq ki, martın 12-də Ermənistanın baş naziri
qaldırdığı suallara cavab verməsə, Ermənistanın təşkilatdan çıxacağını
bildirib. Ermənistanın baş naziri onu da bildirib ki, İrəvan Avropa İttifaqı
ilə münasibətləri dərinləşdirməyə hədəflənib.
Mənbə: RİA Novosti