Zaxarova: “Ermənistana yalnız Qərbin əlində alət rolu verilir” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Ermənistana ancaq Cənubi Qafqazda Qərbin aləti rolu verilir”.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya
Zaxarova həftəlik brifinq zamanı bildirib:
“Görünən odur ki, Vaşinqton və Brüssel Rusiya ilə Ermənistan arasında həm
təhlükəsizlik, həm də iqtisadi sahədə bütün əlaqələri məhv etməyi, həmçinin
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Avrasiya İqtisadi
İttifaqının mexanizmlərini sarsıtmağı qarşısına məqsəd qoyub. Qərb ölkələri
Cənubi Qafqazda ən yaxın qonşuları düşmən etməyə çalışır, Ermənistana isə
sadəcə ABŞ və Avropa İttifaqının (Aİ) yeni böyük yanğınını alovlandırmağı
planlaşdırdığı alət rolu verilir”.
Zaxarova Aİ, ABŞ və Ermənistan arasında Brüssel görüşündə qəbul edilən sənədi
də şərh edib.
“Sənəddə rus sərhədçilərinin ABŞ-Aİ-NATO mütəxəssisləri ilə əvəzlənməsi,
amerikalıların və Aİ-nin Ermənistan sərhədində Azərbaycan və İrana qarşı
təxribat fəaliyyətinin genişləndirilməsi, eləcə də Ermənistanın mühüm
infrastrukturunun və enerji sisteminin istiqamətinin dəyişdirilməsinin nəzərdə
tutulduğu aydın olsa, təəccüblənmərik. Həqiqətən də ABŞ nümayəndələri və Avropa
İttifaqı bu ideyaları İrəvana fəal şəkildə aşılayıblar”, – deyə Zaxarova
bildirib.
Mənbə: TASS